Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Həbsdə olan şahzadələrlə bağlı AÇIQLAMA



Səudiyyə Ərəbistanında həbs edilən şahzadələrlə bağlı açıqlama gəlib.

Cebhe.info xarici mətbuata istinadən bildiir ki, həbsdə olan şahzadə və nazirlərlə bağlı danışan Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi Əl-Mütəllimi "Ədalətli məhkəmə olacaq",- deyib. 

Onun sözlərinə görə, şahzadə və milyarder nazirlərlə bağlı məhkəmədə ədalət bərqarar olacaq. BMT-də keçirdiyi mətbuat konfransında danışan təmsilçi Yəmənlə bağlı da sualları cavablandırıb. Qeyd edib ki, bağlanan limanlar 24 saatda açılacaq. 

Konkret olaraq hansı şahzadə və nazirlərin həbs edildiyi barədə suala cavabında isə o, "Bu məlumatı ancaq təhlükəsizlik xidməti açıqlayacaq", -deyib. 

Livan baş naziri Saat Həririnin də Səudiyyə Ərəbistanında həbs edilməsi barədə suala BMT təmsilçisi "Boş sözdür" deyə münasibət bildirib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений