Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Həbsdəki “milyardlıq şahzadələr”in selfisi yalan çıxdı: Fotodakı əslində kimdir?



Səudiyyədə həbs edilən şahzadələrin saxlandıqları hoteldən paylaşılan selfi yalan çıxıb. 

Cebhe.info xəbər verir ki, livanlı rejissor və komediya ustası Çarbel Xəlil sosial şəbəkədə Səudiyyə Ərəbistanında Korrupsiya Xidməti tərəfindən saxlanılan şahzadələr və iş adamlarını calandıran foto paylaşıb. 

Sosial şəbəkələrdə milyonlarla insan tərəfindən maraqla qarşılanan foto ilə bağlı əsl həqiqəti Livan KİV-ləri üzə çıxarıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında kral Salam bin Əbdüləziz və şahzadə Məhəmməd bin Salman noyabrın 4-də Korrupsiya ilə Mübarizə Xidməti quraraq keçmiş şahzadələr və nazirləri saxlamışdılar. Hər birinin milyardlarla dollar dəyərində sərvəti olan şahzadələr və keçmiş nazirlərin paytaxt Ər-Riyaddakı “Ritz Carlton” otelində saxlanıldığı bildirilmişdi. Hadisə barədə heç nə anlaşılmayan kiçik videogörüntü yayılmışdı, bundan başqa saxlanılan şəxslərin hara aparılması barədə məlumat verilməmişdi. Əməliyyatların üstündən 4 gün keçdikdən sonra şahzadələr, iş adamları və nazirlərin ilk görüntüləri sosial şəbəkələrdə yayılmağa başladı. Minlərlə insan tərəfindən paylaşılan fotonun üzərində “Şahzadələr oteldə selfi çəkdi” qeydləri yazılırdı. Lakin Livan mediası fotoda əks olunan şəxsin aktyor və rejissor Çarbel Xəlil olduğunu açıqlayıb. 

Mənsur 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений