Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Həbsxanadakı təqaüdçülər pensiyanı necə alır? - “Pul onların əlinə verilmir...” - RƏSMİ



Mehman Sadıqov: “Pensiya hüquqlu məhkumların əllərinə pul verilmir”

Elman Babayev: “Məhbus cəzaçəkmə müəssisəsinə və ya etibarnamə ilə nümayəndəsi şöbəyə müraciət edə bilər” 

Təqaüd yaşına çatmış şəxsin pensiya alması onun ən təbii haqqıdır. Təqaüd yaşına çatmış vətəndaşlar ölkənin ən həssas kateqoriyasına daxildir. Bu kateqoriyaya bir də həbsxanalarda cəza çəkən məhbuslar daxil olunca, vəziyyət bir qədər də həssaslaşır. Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanuna əsasən, cəzaçəkmə müəssisələrindəki məhkumlara, eləcə də müvəqqəti saxlanma təcridxanalarında saxlanan şəxslərə, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə əmək pensiyası verilir. 2017-ci ilin məlumatına əsasən, Azərbaycanda əmək pensiyaçılarının sayı 1 milyon 325 min nəfər təşkil edib. Onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə əmək pensiyası alır. 

Maraqlıdır, məhbuslar hansı qaydalarla pensiya alır? 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Cebhe.info-ya bildirib ki, hazırda cəzaçəkmə müəssisələrində nə qədər təqaüdçünün olması barədə dəqiq məlumat yoxdur:

“Amma pensiya hüququ olan nə qədər məhkum varsa, hamısı aidiyyəti üzrə pensiyasını tam şəkildə alır. Pensiya hüquqlu məhkumların əllərinə pul verilmir. Təqaüdlər məhbusların şəxsi hesabına köçürülür. Onlar cəza çəkməkdən azad olandan sonra pensiyaları əllərinə verilir. Əgər məhkum pensiyasını öz ailəsinə göndərmək istəyirsə, bu zaman ərizə ilə müraciət edir və onun şəxsi hesabından olan pensiyası məhbusun ailəsinə köçürülür”.

Qurum rəsmisi onu da qeyd edib ki, pensiyadan tutulmalar və yaxud tam ödənilməsi icra vərəqləri üzrə tənzimlənir: “Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Əgər icra vərəqəsində məhbusun hər hansı ziyan vurulması əks olunubsa, bu zaman pensiyanın müəyyən bir hissəsi ziyanın ödənilməsi üçün tutlur”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev də Cebhe.info-ya bildirib ki, həbsdə olan pensiyaçılara təqaüd verilir:

“Məhbus cəzaçəkmə müəssisəsinə və ya etibarnamə ilə nümayəndəsi şöbəyə müraciət edə bilər”. Məhbusun pensiya almasının necə təmin olunmasına gəlincə, qurum rəsmisi deyib: “”Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında” Təlimata əsasən, cəza çəkdiyi müəssisənin yerləşdiyi ərazi üzrə Fondun yerli orqanına cəzaçəkmə müəssisəsi vasitəsi ilə müraciət olunur və pensiyası tam olaraq ödənilir”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений