Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Həkimlər valideynlərdən notarius təsdiqli sənəd tələb edir - QANUNSUZLUQ



Uşaqların peyvənd olunması immunoprofilaktika yoluxucu xəstəliklərin qarşısının alınması, məhdudlaşdırılması və ləğvində çox mühüm rol oynayır. Lakin bəzi valideynlər övladlarına peyvənd vurulmasına qarşı çıxırlar. Sahə həkimləri isə peyvənddən imtina edən valideynlərdən notarius təsdiqli sənəd istəyirlər. Maraqlıdır, valideyn peyvənddən imtina edərsə, hansı addımlar atılmalıdır? Notarius təsdiqli sənədlərin alınması qanunidirmi? 

Mövzu ilə əlaqədar Cebhe.info-ya məlumat verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, əslində peyvənddən imtina edən valideynlərlə maarifləndirmə işləri aparılmalıdır. 

“Valideynlərə peyvəndin əhəmiyyəti, effektivliyi, hansı ağır fəsad verən xəstəliklərindən qoruduğu və həmin xəstəliklərdən qorunmaq yolunun sırf peyvənd olduğunu yüksək səviyyədə izah etmək lazımdır. Valideyn məlumatlandırılmalıdır, bu məlumatlandırmadan sonra əgər valideyn yenə imtina edirsə, onunla bacarmaq mümkün olmursa, bu barədə baş həkimə məlumat verilməlidir. Baş həkim valideynlə danışmalı, izah etməlidir. Əgər bu da mümkün olmasa hökmən ərazi gigiyena epidemiologiya mərkəzlərinə bu barədə məlumat göndərilməlidir.

Bunu qeyd edim ki, peyvənd haqqında geniş məlumat verildikdən sonra bir çox hallarda valideynlər bununla razılaşır. Valideyndən imtina ilə bağlı izahat almağı hardasa başa düşmək olar, amma bunu təsdiq elətdirmək üçün notariusa və ya digər yerlərə müraciət edilməsi düzgün deyil. Bu heç bir sənəddə və qanunda göstərilməyib”. 

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений