Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Həmin günlər yaxınlaşdıqca xəbərdarlığımızı edəcəyik" - Nazirlik yayın dəhşətli istilərini ANONS ETDİ



“Anomal isti hava şəraiti iyul ayının 3 və 4-də də davam edəcək.  Bununla bağlı xəbərdarlığımız öz qüvvəsindədir”.

Bu barədə Cebhe.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, Abşeron yarımadasında 40-43 dərəcə isti, rayonlarda 40-44, bəzi rayonlarda isə 46 dərəcəyədək isti proqnozlaşdırılır. Ayın 5-dən başlayaraq isə hava şəraitində dəyişiklik müşahidə olunacaq.  İyulun 6, 7, 8-də havanın temperaturu iqlim norması daxilində olacaq. Həmçinin ayın 5-dən başlayaraq Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi proqnazlaşdırılır, hava şəraiti bu günlərə nisbətən sərin keçəcək.

Bəs, anomal istilər yayın digər günlərində də müşahidə olunacaqmı?

Umayra Tağıyeva bildirir ki, son 15 ilin tendensiyası göstərir ki, yay fəslində Azərbaycanda anomal isti günlərin, isti dövrlərin davamiyyəti  sayı artır. 60-90-cı illərlə müqayisədə 35 dərəcədən yüksək olan günlərin sayı 3-4 dəfə artıb: 

“İyul və avqust aylarında da anomal isti günlər olacaq. Həmin günlər yaxınlaşanda qabaqcadan öz xəbərdarlığımızı edəcəyik”.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений