Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hər körpə 3490 manat borcla doğulur - AZƏRBAYCANDA



“Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspert diqqətə çatdırıb ki, Maliyyə Nazirliyi xarici borcların həcmi ilə bağlı yeni məlumat yayıb: 

“Əgər həmin məlumata inansaq, 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz təşkil edib. Dünyanın mötəbər statistik mənbələrindən sayılan CİA (Central Intelligence Agency)-nın məlumatına görə, 2017-ci ildə Azərbaycanın dövlət borcunun ÜDM-də payı 22,8 deyil, 48,8 faiz olub. 2017-ci il üçün hesablanmış ÜDM-in 70,135.1 milyon manat təşkil etdiyini nəzərə alanda, dövlət borcunun Maliyyə Nazirliyinin açıqladığı kimi 15,9 milyard manat deyil, 34,2 milyard manat və yaxud hazırkı məzənnə ilə 20,1 milyard dollar olduğu məlum olur. Belə olan halda Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir. Orta statistik ailənin (4,5 nəfərlik ev təsərrüfatının) borcu isə 9243 dollar və ya 15705 dollar təşkil edir”. 

Ekspert qeyd edib ki, diqqəti çəkən əsas məqamlardan biri də  dövlət borcunun ÜDM-də payı kritik hesab edilən 40 faizi ötməsi və son illər onun artım tempinin sürətlənməsidir.  İqtisadçı qeyd edib ki, dövlətin borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər daxil edilir: 

“Yəni, bu halda neft şirkətinin dövlət zəmanəti olmadan aldığı borclar hesablanmış məbləğə daxil deyil”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений