Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

HƏYƏCAN: Nazirin məktubu nəyə hesablanıb?



Adil Qeybulla: “Bəzi xəstələrin onkoloji problemi ilə bağlı mütəxəssislər lazımi istiqamət götürmürlər”

Azərbaycanda onkoloji xəstələrin müalicə və müayinəsi ilə bağlı vəziyyət ürəkaçan deyil. Belə xəstələrin müayinə və müalicəsi dövlət hesabına ödənişsiz həyata keçirilməli olduğu halda, buna əməl edilmir. Cərrahiyyə əməliyyatları üçün lazım olan bütün dərmanlar, sistemlər, ən bahalı antibiotiklər, qaraciyər, böyrək çatışmazlığı olan onkoloji xəstələr üçün lazım olan bütün preparatlar bu mərkəzdə xəstələrə ödənişsiz verilməlidir. 

Amma bununla bağlı şikayətlərdə bildirilir ki, onkoloji xəstələrə göstərilən xidmətlərin çoxu ödənişli həyata keçirilir. Hətta çox zaman onların cərrahiyyə əməliyyatları düzgün qaydada aparılmır. Vəziyyət o qədər acınacaqlıdır ki, məsələ ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev də dilə gəlib. O, respublikanın bütün xəstəxanalarına - özəl və dövlət müəssisələrinə məktub göndərərək, bütün onkoloji xəstələrin ilk növbədə onkoloji müəssisələrdə müayinə və müalicə olunmasını tapşırıb.Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi Azad Kərimlinin sözlərinə görə isə bu məktubun bütün tibb müəssisələrinə təqdim edilməsinə baxmayaraq, onkoloji xəstələr yenə də hansısa müəssisələrdə müayinə və müalicə edilirlər. O, deyib ki, Milli Onkologiya Mərkəzinə yenə də müraciətlər edilir ki, xəstə hansısa özəl klinikada cərrahiyyə əməliyyatı edilib: “Bu gün şüa terapiya şöbələri heç bir yerdə - nə özəl, nə də dövlət müəssisələrində yoxdur. Bu, ancaq MOM-dadır. Buna görə də şüa müalicəsi üçün "qaçılan” yerlər yoxdur. Amma cərrahiyyə əməliyyatını yarı düzgün, yarı qeyri-düzgün edirlər. Onkoloji xəstəni əməliyyat etməkdən ötrü mütləq onkoloji qaydalara riayət etmək lazımdır. 

Maraqlıdır, səhiyyə nazirinin onkoloji xəstələrlə bağlı tibb müəssisələrinə tapşırığına əməl olunacaqmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində Qərb təbabətinin prinsiplərinə görə onkologiya kimya-terapeya deməkdir:

“Hər bir sahənin cərrahı onun onkologiyası ilə də, digər sahələri ilə də məşğul olmalıdır. Qalan müalicə prosesi onkoloji klinikalarda aparıla bilər. Amma Azərbaycan bir növ Sovet təbabəti ilə getdiyi üçün onkoloji xəstələrin bir mərkəzdə toplanması prosesi gedir. Düzdür, bəzi xəstələrin onkoloji problemi ilə bağlı mütəxəssislər lazımi istiqamət götürmürlər. Məsələ burasındadır ki, bunun qarşısı alınmaq üçün qərar verilib. Türkiyə, Almaniya və digər ölkələrdə təhsil alıb gələnlər var. Fikrimcə, biz Qərb təbabətinin yolu ilə getsək, daha yaxşı olar”.

Ekspert qeyd edib ki, Qərb təbabətində məsələlər bir qədər fərqlidir: “Yəni onkoloji xəstlik ayrı bir xəstəlik deyil. Hər sahənin həm onkoloji xəstəliyi, həm də digər xəstəliklərin konkret mütəxəssisi var. Məsələn, xaricdə uroloq hazırlanır. Uroloji yolları və onkoloji əməliyyatları necə etmək lazımdırsa, hamısını öyrənirlər. Sovet təbabətində bunlar yoxdur. Ona görə də biz Qərb təbabətinə keçməliyik və o sistem Azərbaycanda tətbiq olunmalıdır. Onkoloji sahədə ola bilər ki, nazir hansısa neqativ halların qarşısını almaq üçün belə tapşırıq verib”.

A.Amilqızı
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений