Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hicab bazarında varlı-kasıb seçimi: Pulu olmayanlar üçün yeni məhsul



Çin müsəlman qadınlar üçün hicab bazarında özünə yer tapmağa başlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə Əfqanıstanın "Zarif" brendinin yaradıcısı məlumat verib. 

Bu ölkədə qədimdən əsasən əl işiylə bəzədilən və ipəkdən hazırlanan niqabdan istifadə edilib. Bu cür niqablar ölkədə təqribən 36 dollara satılır və onu ancaq imkanlı qadınlar alır. İndi isə Çin bu ölkənin hicab bazarını öz məhsulları ilə doldurub. Bu niqablar neylondan tikilir və milli ornamentlərlə bəzədilir. Qiymətləri isə 11-18 dollar arasında dəyişir. Buna görə də kasib əfqan qadınları məhz Çin istehsalı olan örtüklərə üz tutur. 

"İndi Əfqanıstanda bütün işi bilən ancaq bir usta qalıb. Başqalarını da öyrətmək lazımdır. Ancaq niyə? İnsanların pulu yoxdur. Buna görə də yeni mal axtarırlar",- deyə "Zarif"in yaradıcısı Zolayki Şirzad bildirib.

Hazırda bu şirkəti ağır vəziyyətdən ancaq bir Fransa firması ilə əməkdaşlıq xilas edir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений