Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hicran Hüseynova Türkiyədə keçirilən beynəlxalq sammitdə iştirak edib



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Türkiyənin paytaxtı Ankarada keçirilən “II Beynəlxalq Qadın Zirvəsi” adlı beynəlxalq sammitdə iştirak edib.
 
AQUPDK-nın İnformasiya şöbəsindən verilən məlumata görə, sammit Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dörd qitədən nazir, sahibkar qadınların iştirakı ilə keçirilib.

Sammitdə Azərbaycanı H. Hüseynova ilə yanaşı Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı təmsil ediblər.

AQUPDK-nın sədri H. Hüseynova sammitdə çıxışı zamanı bildirib ki, Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verən ilk ölkədir.

O qeyd edib ki, bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha aktiv fəaliyyəti üçün imkanların yaradılmasıdır.

Daha sonra sammit panel iclaslarla işini davam etdirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений