Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şuşa və Laçının işğalı: İndi zərərsizləşdirilən xəyanətkar qrupun əməli olub? 



“Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin “orduda mövcud olan xəyanətkar şəbəkə 1988-1990-cı illərdə kök atıb” açıqlaması o deməkdir ki, Azərbaycanın müstəqilliyindən bu yana Dağlıq Qarabağ uğrunda savaşda məxfi hazırlanan planlardan silahlı birliklərimiz və sonrakı illərdə formalaşan ordumuz hələ hücuma keçmədən Rusiyanın və Ermənistanın xəbəri olub”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, xəyanətkar şəbəkədə onlarla satqın olub: “Onların uzaq 1990-cı illərin başlanğıcında Daşaltı əməliyyatından tutmuş Şuşa və Laçındakı uğursuzluqlarımızda və ən son fevralda kəşfiyyat qrupmuzun pusquya düşərək itkilərimizdə “xidmətləri” ola bilər. Yəni, sən hansısa əməliyyat planı hazırlayırsan, hələ əməliyyata başlammamış xəritələrin sürəti düşmənlərimizin əlinə keçə bilərmiş. Xəyanətkarların üzə çıxmasından sonra bunun belə olmadığını kim iddia edə bilər? Bu, hələ bildiklərimizdir. İstənilən yüksək rütbəli hərbçinin Rusiya ilə gizli əlaqələri onun avtomatik Ermənistana işləməsi mənasına gəlir”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений