Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Hökumət kompensasiyaları ödədi- Vəkil müraciət etdi



Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə təyin olunmuş kompensasiyanın bir hissəsi mayın 19-da bəzi ərizəçilərə ödənilib.

Cebhe.info-nun məlumatına görə, bunu vəkil Asəbəli Mustafayev deyib.

Vəkil bildirib ki, ərizəçilərin bank hesablarına 2000 avro köçürülüb.

 “Kompensasiya alanlar bazar ertəsindən başlayaraq hesabları yoxlamalıdır. Kimin hesabına köçürmə yoxdursa, dərhal öz vəkili ilə əlaqə saxlasın. Ümid edirəm ki, bəzi ərizəçilər keçən dəfəki hərəkətlərini təkrarlamayacaqlar. Hamı yazılı müqavilədə öz üzərinə götürdüyü öhdəliyi icra edəcəkdir. Vəkillər belə məsələnin və konkret adların içtimailəşdirilməsində, cavab olaraq hüquqi vasitələrdən istifadə olunmasında maraqlı deyillər. Əgər məcbur olunsalar, bütün bunlar ediləcəkdir. Xüsusən də İntiqam Əliyevə qarşı belə addımlar atmayın”.

Yeganə Oqtayqızı
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений