Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Hökumətlə görüş" çərçivəsində növbəti görüş - FOTOLAR



“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi, tərəfdaşı “Region” Beynəlxalq Analitik Mərkəz və Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi tədbir keçirib.

Cebhe.info xəbər verir  ki, tədbir “Vətəndaş Cəmiyyətinin bacarıqlarının inkişafı  layihəsi” çərçivəsində “Hökumətlə görüş” mövzusunda baş tutub. 

Tədbir mart ayının 28-də saat 11.00-da Holiday İnn Baku -hotelində keçirilib. Tədbir “Hökumətlə görüş” silsiləsi çərçivəsində aparılan informasiya alıb-vermə, sual-cavab və təkliflər formatında olub. 

Tədbirin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin və hökumətin təmaslarının gücləndirilməsinə töhvə vermək, birtərəfli məlumatların yayılmasının qarşısını almaq və müzakirə nəticəsində daha ciddi irəliləyişlərə nail olmaq üçün səy göstərməkdir.  

Tədbirdə Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi, digər vəzifəli şəxsləri,  QHT-lərə Dövlət Dəstəyi Şurasının  nümayəndələri, QHT-lər, media nümayəndələri  iştirak edib.

Müzakirələrdə Ədliyyə Nazirliyinin QHT-lər üçün yaratdığı   "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin fəaliyyəti, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərə təqdim edilən elektron xidmətlər, QHT- Problemləri ilə bağlı müzakirələrə eniş yer verilib. Tədbir sual-cavab ilə yekunlaşıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений