Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hollandiyada peyğəmbəri təhqirə icazə verildi



Hollandiyada radikal sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vildersin Parlament binasında Məhəmməd Peyğəmbərlə (s.a.s) bağlı keçirmək istədiyi karikatura yarışına icazə verilib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, icazəni Hollandiya Milli Təhlükəsizlik və Terrorizmə Qarşı Mübarizə koordinatoru Dik Şof verib.

O, müsabiqənin keçirilməsində problem olmadığını bildirib.

Yarışmada münsif heyəti Vilderslə yanaşı alban əsilli Boş Faustindən ibarət olacaq.

Məlumata görə, peyğəmbəri təhqir edən müsabiqədə qalib şəxs 5 min avro, ikinciyə isə 2 min avro mükafat vəd edilib.

Qeyd edək ki, G.Vilders müsabiqəni hər il keçirmək niyyətindədir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений