Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Holokost qurbanlarına 480 milyon avro təzminat 



Almaniya federal hökuməti  Holokost  faciəsinə məruz qalmış insanlara ödənişləri artırmaq qərarına gəlib. 

Cebhe info-nun  məlumatına görə, bu barədə  Almaniyaya Qarşı Yəhudi Maddi İddiaları Konfransının  (JCC) rəhbəri Culius Berman açıqlama verib. Onun sözlərinə görə,  zərərçəkmişlər 2019-cu ildə 480 milyon avro, yaxud ötən illə müqayisədə 75 milyon artıq  təzminat alacaq. 

Vaşinqtondakı “Holokost” memorial muzeyində Almaniya hökuməti ilə aparılan danışıqlar zamanı JCC nümayəndələri ilə yanaşı,  Lodzinski və Osventsima gettolarının  keçmiş məhkumları  Roman Kent və Marian Turski də iştirak edib.  Onlar keçmişin dəhşətli  hadisələrini danışaraq  vəsait çatışmazlığından danışıblar. Danışıqlarda Holokostdan sağ qalanlara Almaniyanın diqqətini cəlb edən diplomat Stuart Eisenstat  sağ qurtulan insanlara Almaniyanın diqqətindən danışıb və bildirb ki, zərərçəkmişlər illər sonra onlarla birlikdə məğrur yaşamalıdır. 

“JTA” nəşrinin verdiyi məlıumata görə,  55 min nəfər Holokost qurbanı üçün ödənilən  təqaüdün həcmi 2021-ci ilə qədər  352 avrodan  541 avroya qədər artırılacaq. Son 10 ildə yəhudi təşkilatlarının maliyyələşməsi  ümumilikdə 16 dəfə artırılıb. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений