Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hotellərdə nikah kağızı tələbinə SON



Xəbər verildiyi kimi, prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılması haqqında sərəncam verib.

Sərəncama əsasən Fuad Nağıyev Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri təyin olunub.

Cebhe.info-nun məlumatlarına görə, ölkəyə daha çox turistlərin cəlb olunması məqsədilə bir sıra addımlar atılmaqdadır. 

Otellərdə turistlərin qalmasını əngəlləyən bəzi qadağaların aradan qaldırıldığı bildirilir. Məlumatlara görə, əgər əvvəllər otellərə müraciət edən cütlüklərdən nikah şahadətnaməsi tələb olunurdusa, indi bu ənənə götürülüb. 

Qeyd edək ki, bu qeyri-rəsmi qadağa turistlərin Azərbaycandansa, Gürcüstana üstünlük verməsinə səbəb olurdu.

Nərgiz
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений