Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hüquq müdafiəçisi Əkbər Hacıyevi  məhkəmə ilə hədələdi 



2017-ci il üçün əhali qrupu üzrə təbii qaza təyin olunan limit dekabr ayının sonunda sıfırlanmalı idi. Bəzi istehlakçılar tərəfindən təbii qaza görə tətbiq edilən limit ləğv olunmayıb. 

Cebhe.info xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı qaza təyin olunan limitin dekabr ayının sonunda sıfırlanmadığından şikayətlənib.

Onun sözlərinə görə, qızı smartkarta 10 manat yükləyib, amma sayğaca 5 manat yüklənib. Halbuki yanvarın 1-dən etibarən limit ləğv olunmalı idi: “Əkbər Hacıyev, bu gün qızım smartkarta 10 manat pul vurub. Ancaq sayğac 5 manat yüklədi. Niyə oğurluq? Pulu həftə sonunadək qaytarmasan, səni məhkəməyə verəcəm. Hanı sənin sıfırlanman?”

Xatırladaq ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Nəzərinizə çatdırırıq ki, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq. 

Alçina Amilqızı 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений