Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Hüquq müdafiəçisi televiziya direktorunun məhkəməsində ifadə verdi



Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq fəaliyyətində təqsirləndirilən “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Prosesdə şahid qismində Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı ifadə verib. Təşkilat rəhbəri Əziz Orucovu uzun müddətdir tanıdığını və onun rəhbərlik etdiyi internet TV ilə əməkdaşlıq etdiyiyini söyləyib.

M.Qəhrəmanlı bildirib ki, qarşılıqlı müqavilə əsasında əməkdaşlı edilib və internet televiziyasında hüquqi yardımla bağlı maarifləndirici verilişlər hazırlanıb.

M.Qəhrəmanlı qarşılıqlı əməkdaşlıq üçün "Kanal 13"ə ödəniş etdiyini də söyləyib: "Səhv eləmirəmsə, üç dəfə ödəniş etmişəm. İki dəfə 500, bir dəfə də 450 manat. Qəbzlər də mənə verilib. Həmin qəbzləri istintaq orqanına təqdim etmişəm".

M.Qəhrəmanlı "Kanal 13"-ün rəhbəri kimi Əziz Orucovu tanıdığını deyib: "Mən Əzizi "Kanal 13"ün rəhbəri kimi tanımışam. Qafqaz Media Mərkəzinin rəhbəri isə Anar olub".

Təşkilat rəhbəri həmçinin ifadəsində bildirib ki, adı ittihamda yer alan Qafqaz Media Mərkəzi ilə əməkdaşlıq etməyib: “Mən təşkilat rəhbəriyəm. Fəaliyyətimə görə sosial şəbəkələr və TV-lərlə əlaqədə maraqlıyam. Ancaq ölkədə fəaliyyət göstərən televiziya kanalları mənim sahəmlə bağlı verilişlər hazırlamır. Ona görə də, mən "Kanal 13"lə əməkdaşlıq etmişəm”.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений