Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İcra başçısı gözətçinin burnunu sındırıb?- İcra hakimiyyətindən AÇIQLAMA



Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevlə rayonda tiklilən Olimpiya Kompleksinin gözətçisi arasında instent yaşandığı deyilir.

Cebhe.info-nun məlumatına görə, hadisə zamanı Olimpiya Kompleksinin gözətçisi olduğu deyilən Rail adlı şəxs zərər çəkib.

Hadisə nəticəsində gözətçinin burnunun sındığı iddia edilir.

Məlumatlara görə, artıq Rail adlı şəxs burnunun sınmağı ilə bağlı həkimdən arayış alıb və polisə şikayət edib. Beyləqan rayon icra başçısının I müavini Telman Ağacanov Cebhe.info-ya açıqlamasında yayılan məlumatları təkzib edib: “Belə bir hadisə yaşanmayıb. Yayılan məlumatlar yalandır”. 

Elgün Gəncimsoy 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений