Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İcra başçısı güllələndi



Ermənistanın Eçmedzin şəhərinin meri "Yerparaq” müdafiə qurumunun sədr müavini Hakob Hakobyan ötən gün axşam saatlarında güllələnib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, , Ermənistanın keçmiş millət vəkili olan Hakob Hakobyan ötən gün 18:55 radələrində güllələnsə də onun ölümü haqqında məlumat gecə saatlarında öz təsdiqini tapıb. İcra başçısının döş qəfəsi nahiyəsinə tuş gələn bir neçə güllə yarasından keçindiyi bildirilir.

Eçmedzin bələdiyyəsinin sədri Mari Poqosyanın sözlərinə görə, icra başçısının qətli həmin saatlarda şəhərdə düzənlənən küçə aksiyası ilə bağlı ola bilər:

"Həmin saatda heç bir iğtişaş qeydə alınmamışdı. Şəhər sakitlik idi. Ehtimal edirik ki, Hakob Hakobyan aksiyaçılara açıq dəstək verdiyinə görə, naməlum qüvvələr tərəfindən qətlə yetirilib”.

Qeyd edək ki, Hakob Hakobyan birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений