Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İcra başçısının müavini ilə idarə rəisi işdən çıxarıldı – Sumqayıtda gözlənilməz dəyişikliklər



Sumqaylt Şəhər İcra Hakimiyyətində gözlənilməz dəyişikliklər olub.

Mia.az xəbər verir ki, icra başçısının birinci müavini Faiq Kərimov vəzifədən kənarlaşdırılıb. Artıq onun istefa ərizəsini icra baçısı Zakir Fərəcova təqdim etdiyi bildirilir. Başçının əsas kadrlarından sayılan birinci müavinin hansı səbəbdən işdən çıxdığı bəlli deyil.

Saytın xəbərinə görə, birinci müavinlə yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev də işdən çıxarılıb. Onun da işdən çıxmaqla bağlı ərizəsinin alındığı bildirilir.

İH-dən hər iki fakt təsdiqənib.

Məlumat üçün bildirək ki, Kərimov Faiq Alməmməd oğlu 17 İyul 1954-cü ildə Zəngilan rayonunun Zəngilan şəhərində anadan olmuşdur. 1961-ci ildə Zəngilan şəhər orta məktəbinin birinci sinifinə daxil olmuş , 1971-ci ildə həmin orta məktəbin məzunu olmuşdur.Orat məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş, 1975-ci ildə bitirmişdir. 1976-cı ildə Zəngilan şəhərinin Mincivan qəsəbə orta məktəbinə tarix müəllimi təyin edilmişdir.Eyni ildə Həqiqi hərbi xidmətə çağırılmış, 1977-ci ildə isə təxris olunaraq Mincivan qəsəbə orta məktəbində tarix müəllimi vəzifəsinə qayıtmışdır. 1978-ci ildə könüllü olaraq öz iş yerini rayonun Şayıflı kənd orta məktəbinə dəyişmişdir. 1981-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə Zəngilan rayonu DİŞ-nə zabit vəzifəsinə təyin olunmuşdur. 1986-cı ildən Qubadlı rayon DİŞ-nə rəis müavini, 1993-cü ildə isə Qubadlı rayon Polis şöbəsinə rəis təyin olunmuşdur.2010-cu ilə kimi bu vəzifədə çalışmışdır. 2011-ci ildə Sumqayıt şəhər məhkəməsində hakim köməkçisi işləyib. 2012-ci ildən isə Abşeron rayonu, Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi təyin edilmişdir. 2015-in sentyabrına kimi Abşeron rayon icra başçısının müavini, sonra isə Sumqayıt şəhər icra başçısının birinci müavini vəzifəsində çalışıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений