hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi

İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi

Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməyib.

BAKU.WS xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov bildirib. Onun sözlərinə görə, tamaşaçıların istəyinə görə, konsertin keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, cavab müsbət olmayıb.

“Əziz Sumqayıtlılar! Bizim telefona, “İnstagram” və “Facebook”a gələn sms-lərə cavab olaraq nəzərinizə çatdırırıq ki, mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Cənab Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq.

Nəticədə bizə məlum olmayan səbəbdən, Sumqayıtda "Bu şəhərdə" nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”, - deyə Müşfiq Abbasov bildirib.

Qeyd edək ki, "Bu şəhərdə"nin Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Moskvada, Londonda, Stokholmda, Minskdə, Kölndə, Riqada və s. şəhərlərdə 200-dən çox konsertləri olub.

Cebhe.info

 


Oxunma sayı: 402