Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İdmana yaşıl işıq, tibbə qırmızı: Ölkədə həkimlər azalacaq



Xəbər verildiyi kimi 2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlanıb. Demək olar ki, bütün ixtisaslar üzrə plan yerləri artıb.

Cebhe.info xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov kəskin artımın daha çox bədən tərbiyəsi ixtisas üzrə, ciddi azalmanın isə tibb ixtisası üzrə olduğunu deyib.

Onun sözlərinə görə 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb:

“Keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb. İdman ixtisası üzrə isə 2017-ci illə müqayisədə plan yerləri ciddi sayda artıb. Halbuki ötən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 olub. Belə görünür ki, ötən illə müqayisə sözügedən ixtisas üzrə plan 350 yer artıb. Əlbəttə ki, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, təki universitet olsun prinsipi ilə bura gedənlərdir. Eyni zamanda bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır”.

Ekspert qeyd edib ki, hazırda regionlarda həkimlərə ciddi ehtiyac var: “Amma bu ixtisasa qəbul üçn plan yeri azdır. Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalıdır. Tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Çünki gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений