Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İki gündür qaza həsrət qalan qəsəbə ilə bağlı rəsmi qurumun açıqlaması – “Kütləvi şikayət yoxdur”



Hər il olduğu kimi soyuqların düşməsi ilə mavi yanacağın verilişində problemlər yaranıb. Qışa hazırlıq prosesində digər qurumlar kimi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən açıqlamalarda yay fəslinin sonlarından etibarən qışa hazırlıq prosesinin görüldüyü bildirsə də, mənzərə göz qabağındadır. 

Belə ki, Bakının bir çox ərazilərində, həmçinin Binəqədi, Hövsan və Yeni Günəşli qəsəbəsinin bəzi ərazilərində qazın verilişində problemlər yaranıb. Artıq iki gündür ki, Hövsan qəsəbəsinin sakinləri "mavi yanacağ"ın üzünə həsrət qalıb. 

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev isə Cebhe.info-ya açıqlamasında Hövsan qəsəbəsində olduğunu, mavi yanacağın verilişi ilə əlaqədar hansısa kütləvi problemin olmadığını bildirib: 

“Hazırda adıçəkilən qəsəbədəyəm. İstehlakçıların qaz təchizatı dayandırılmadan Azəriqaz İstehsalat Birliyi tərəfindən qaz xəttləri yenilənir, müəyyən işlər görülür. Problem varsa, çağrı mərkəzimizə müraciət edilsin”.

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений