Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlanlar oyanır: Xəstəxanalara zərdab paylanır - BAŞ TOKSİKOLOQ



Yaz ayları həm də ilansancma hadisələrinin çoxalması ilə müşayiət olunur. May ayından yatılı və ya yuvada olan ilanlar aktivləşir. İlansancma hadisələrinə daha çox  bölgələrdə rast gəlinir.  

Məlumdur ki, bu cür halların ölümlə nəticələnməməsinin ən vacib yolu  vaxtında xəstəyə zərdab vurmaqdır. 

Bəs, xəstəxanaların zərdabla təminatı necədir?

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Cebhe.info-ya açıqlamasında zərdab ehtiyatının kifayət qərər olduğunu bildirib: 

“İlin əvvəlindən Səhiyyə Nazirliyinin İnnovasiya Şöbəsinə müraciət olunub. Zərdablar xəstəxanalara və təcili yardım briqadalarına paylanılıb”.

Baş toksikoloqun sözlərinə görə, zərdablar bölgələr üzrə Mərkəzi Rayon Xəstəxanalarına paylanılıb: “Onlar da lazım olan miqdarı Səhiyyə Nazirliyinə bildirirlər, nazirlik də onlara göndərir”.

Azər Maqsudovun sözlərinə görə, ilan zəhəri əleyhinə zərdablar əsasən Özbəkistandan, bir qismi isə Fransadan alınır. Zərdabın bir ampulasının qiyməti 300 manatdan başlayır. Lakin, dövlət proqramına uyğun olaraq xəstələrə pulsuz vurulur: 

“Bizə gələn xəstələrdən soruşuram ki, hər hansı təmanna halları olubmu? Belə hallara rast gəlməmişəm”.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений