Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlham Əliyev baş naziri təbrik edib



Prezident İlham Əliyev Malayziyanın baş naziri Mahathir Məhəmmədə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Baş nazir, Malayziyanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bakıdakı görüşümüzü ən xoş təəssüratlarla xatırlayır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений