Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlin ən yaxşı mobil proqramları məlum oldu



“Google Play” versiyasına görə, “Photo Lab” fotoredaktoru 2017-ci ildə “Android” mobil əməliyyat sistemi üçün ən yaxşı mobil proqram adına layiq görülüb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu proqramı 50 milyon istifadəçi quraşdırıb.

“Google Play” öz seçimini belə izah edib ki, bu mobil proqram öz gözəl dizaynı, unikal yeniləməsi və xüsusi populyarlığı ilə seçilir.

“VK Live” mobil proqramı ən yaxşı əyləncəli tətbiq elan edilib. “VK Live” mobil tətbiqi 2017-ci ildə yükləmələrin sayına (5 milyon) görə lider olub.

Yol yoldaşlarının axtarışı üçün “BeepCar” xidməti ən yaxşı sosial proqram, “Journey” gündəliyi ən yaxşı gündəlik köməkçi adına layiq görülüb. Səyahətçilər üçün “Airbnb” xidməti ən innovativ proqramlar kateqoriyasında qalib gəlib. “Star Walk-dan Astronomiya” mobil proqramı uşaqlar üçün ən yaxşı seçim adlandırılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений