Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İmişlidə Avropa İttifaqının dəstəyi ilə təlim keçirilib - FOTOLAR



“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 2-3-4 dekabr 2017-ci ildə İmişli rayonunda yerli QHT-lərin nümayəndələrinin iştirakı ilə “Qiymətləndirmə və Dəyərləndirmə” mövzusunda 3 günlük təlim keçirib.

Cebhe.info xəbər verir ki, keçirilən təlimin məqsədi təşkilatların daha səmərəli fəaliyyətləri üçün qiymətləndirmə, qiymətləndirmənin əsasları, növləri və həyata keçirilmə məqsədləri, qiymətləndirmə və monitorinqi fərqləndirən cəhətlər mövzularında bilik və bacarıqların artırılmasına həsr edilmiş seminarlar olub. Qeyd olunan mövzular barəsində qrup işləri və təqdimatı, fikir mübadilələrinin aparılması, təlim iştirakçılarına bu mövzularda daha ətraflı biliklərin verilməsi də həyata keçirilib. 

Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı və Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib. 3 gün ərzində təşkil olunan təlimdə ekspertlər və iştirakçılar arasında qarşılıqlı müzakirələr və qrup işləri tədbirin maraqlı keçməsində mühüm rol oynayıb. Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutulan digər fəalliyətlər də həyata keçiriləcək.

Qeyd edək ki, təlim Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində keçirilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений