Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"İndi ədəbiyyat müəllimi də proqnoz verir" - Ekoloq proqnozlara inanmamağa çağırdı



Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb. Araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət bu cür davam etsə, 2100-cü ildə 100 min nəfər istidən öləcək.

Cebhe.info-ya açıqlama verən Telman Zeynalov bildirib ki, alimlər bu və digər məsələləri açıqlayaraq çirkin proqnozları ilə insanları qorxudurlar:

“Tamamilə yanlış və səhv fikirdir. Onlara inanmayın. Bilirsiniz ki, iqlim yay vaxtı istiləşir, qış vaxtı isə soyuq olur. Son dövrlərdə fəsillər bir balaca, tədricən yerlərini dəyişə bilirlər. Bu da günəşdən, günəşin forması və hərəkətindən aslıdır”. 

“İndi adicə ədəbiyyat müəllimləri də proqnoz verirlər”

İndi hamı proqnoz verir, bir də görürsən ki, hamı, adicə ədəbiyyat müəllimi də proqnoz verir. Bunlar hardan bilir axı hava necə olur?
Bu dəqiqə ölkələrdə əhalinin sayını çoxaldırlar.  Tullantılar, yeni binalar çoxalır, bu da iqlimdə olan hava axınlarının istiqamətlərini dəyişdirir, yağıntıların miqdarını isə azaldır. 

“1 həftəlik proqnozu 100 % düz demək olmur”

Əgər mən 1 həftə ərzində havanın proqnozunu 40-50 % düz verə bilirəmsə, bu başqa məsələdir. 1 həftəni heç 100 % düz demək olmur. Bunlar necə illər haqqında belə qərar verə bilirlər? 

Bu proqnozlar üçün yaxşı pul buraxılır və onlar bunun üçün uydurma xəbərləri ictimaiyyətə yayırlar. Yadınıza 2012-ci ildə olan dünyanın dağılması xəbərlərini salın. İnsanlar mağazalarda nə köhnə şeylər var idisə, alıb yığmışdılar. Satılmayan şamlar da alınmışdı, şam tapmaq olmurdu heç. Bu da onun kimi bir şeydir.

“İnsanlar bütün hallara qarşı hazırlıqlı olmalıdır”

İnsanlar istəyir soyuq, istəyir isti olsun hər şeyə hazır olmalıdır. Görürsünüz ki, noyabrın ayının 15-dən artıq paltoya keçirik. Əvvəl isə dekabrın 15-dən sonra paltoya keçirdik. Biz artıq qışı qabaqlamışıq. Hava bunu bizə məcbur edir.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений