Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İngilis dilində kanal açılsın: Deputat AzTV və İTV-nin pulunun kəsilməsini istəyir



“Azərbaycanda ingilis dilində televiziya kanalının yaradılması vacibdir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat həmçinin bildirib ki, artıq Ukraynada, Qazaxıstanda və digər postsovet ölkələrində sırf ingilisdilli kanal var: “Gələn ilin dövlət büdcə layihəsində Azərbaycan Dövlət Televiziyasına 32, İctimai Televiziyaya isə 12 milyon manat ayrılması doğru deyil. Havayı yerə bu kanallara büdcədən bu qədər pulun ayrılması nəyə lazımdır? Onlar ancaq dövlət tədbirlərini işıqlandırır. Bunlara ayrılan vəsaitləri sırf ingilisdilli kanalın yaradılmasına yönəltmək lazımdır. Biz gələn il milyonlarla pul sərf edərək turistlərin cəlb edilməsini nəzərdə tutmuşuq. Bunun üçün informasiya təbliğatımız yetərlidirmi? Xeyr. Ona görə də belə bir kanalın açılması zəruridir”. 

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений