Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnsanlardan gizlədilən qorxunc gəlişmə: Həyat başa çatır



ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinin dağılması, yaxud Günəş sistemində baş verən ciddi proseslərlə bağlı sensassion faktlar əldə edib. Lakin agentlik dünya əhalisini təşvişə salmamaq üçün bu sirri hələlik gizli saxlayır.

Cebhe.info xəbər verir ki, bu iddialar İngiltərə KİV-lərində yer alıb.

Mənbələr iddia edirlər ki, 600 milyon il sonra Günəş sistemində baş verəcək kəskin dəyişikliyə uyğun olaraq Yer planetinin dağılma prosesinə girəcəyi gözlənilsə də, qalaktikanın nüvəsində baş verən radikal dəyişiklər bu prosesi sürətləndirib. Yəni, gözlənildiyi kimi Yerdə həyat 3.5 milyard il sonra yox, daha tez çata bilər. Qeyd edilir ki, gözləntinin əksinə olaraq Günəşdəki parlaqlıq 600 milyon il sonra yox, 2018-ci ilin sonlarına doğru artacaq. Atmosferdə karbon-dioksidin həcminin sürətlə azalması ilə müşahidə olunacaq proses Yerin orbitinə mənfi fəsadlarını verəcək. Qısa vaxt ərzində karbon qazı yoxa çıxacaq və Yerdəki istilik 47%-ə çatacaq. Beləliklə bütün canlı həyatın məhv olması son səviyyədə prosesi sürətlənəcək.

Bir neçə on illikdən sonra, təxminən, 2040-cı ilədək Günəşdə parlaqlığın yüksək həcmdə artmasına görə dünyada həyat başa çatacaq. Beləliklə, dünyanın xarici nüvəsi daxili nüvəsinin böyüməsinə adekvat olaraq donacaq. Əsrin sonlarına doğru gözə görünməyən “qara cırtdan”a çevrilən Günəş Yer və bir çox planetə həyatın davam etməsi üçün heç bir şans verməyəcək. İngilis mənbələr Günəşin gözlənilmədən öz fəaliyyətini zəiflətməsinin NASA alimlərini şoka saldığını iddia edərək qeyd edirlər ki, bu, özünü ilin sonunadək Yerdə kəskin iqlim dəyişikliyilə göstərəcək. Elm adamlarının dünya əhalisindən gizlədikləri dosyelərdə bildirilir ki, Günəşdə baş verən anormal dəyişikliklər dünyada kəskin buzlaşma və soyumaya, həmçinin atmosferin büzülməsinə və qütblərdə təbii fəlakətlərə səbəb olacaq. Başqa sözlə, “qış yuxusu”na gedən Günəş Yeri öz qaranlığında yox etməyə hazırlaşır. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений