Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İnternet kəsiləcək, enerji sistemi şökəcək, insanlar öləcək - Harvard Universiteti ZAMAN VERDİ



Yaxın illərdə Günəşdə öldürücü alışma gözlənilir. 

Cebhe.info xəbər verir ki, bu proqnozla Amerikanın Harvard Universitetinin mütəxəssisləri çıxış edib. Onların fikirləri  “New Scientist" nəşrində dərc olunub.

Alışmanın olduqca təhlükəli olacağı, enerji sistemini çökdürəcəyi, peyk və internetin kəsiləcəyi bildirilir. Texnogen qəzalar hətta insan ölümünə də gətirib çıxara bilər. 

Yeri gözləyən bu təhlükənin nə zaman baş verəcəyi dəqiq açıqlanmasa da, tarix olaraq yaxın 100 il göstərilib. 

Günəşdən ayrılan enerjinin 10,38 erg. olacağı deyilir ki, bu da adətən 20 milyon ildə bir dəfə qeydə alınır.

İndiyə qədər qeydə alınan ən qorxunc alışmada bu rəqəm 10.32-yə bərabər olub. Hadisə 1859-cu ildə qeydə alınıb və dəhşətli maqnit qasırğasına səbəb olub. Avropa və Amerikada teleqraf sistemi şöküb. 

Mütəxəssislərin hesablamalarına görə, belə hadisənin XXI əsrin sonuna qədər təkralanması ehtimalı yüksəkdir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений