Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İntihar edən gəncin son sözü: “Axşam qonağım olacaq...”



Ağcabədi rayonunda 31 yaşlı gəncin intiharının bəzi detalları məlum olub.

Şənlik qəsəbə sakinlərinin AzNews.az-a verdikləri məlumata görə, intihar edən Məmmədov Rasif məktəb direktorunun oğludur:

“Rasif Bakıda idi. Bir həftəyə yaxın idi, kəndə gəlmişdi. Özü də çox sağlam adam idi. Ailəsi, iki uşağı qaldı... evdə deyib ki, “axşam qonağım olacaq, yemək hazırlayın”. Evdəkilər də yemək hazırlayıblar. Aradan bir müddət keçib, baxıblar ki, nə Rasif var, nə də qonaqları. Narahat olub, onu axtarmağa başlayıblar. Bir də görüblər, həyətdəki ağacda ipdən asılı qalıb”.

Qeyd edək ki, Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayonun Şənlik qəsəbə sakini 1986-cı il təvəllüdlü Məmmədov Rasif Tahir oğlu özünü həyətdəki tut ağacından asıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений