Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İqtidar üçün ciddi ÇAĞIRIŞ: Gərgin seçki



Almaniyada Bundestaqa seçkilər olduqca gərgin keçir. Bu gün keçirilən seçkidə hələlik kansler Angela Merkelin bloku üstünlüyünü saxlayır.

Cebhe.info xəbər verir ki, ölkənin 61 milyon vətəndasının səsvermə hüququ var. Onlar üçün 75 mindən çox seçici məntəqəsi yaradılıb. Bu seçki həm də ona görə maraqlıdır ki, Almaniya birləşəndən sonra ən çox namizəd qeydə alınıb. 

Angela Merkel indiyəqədərki rəy sorğusunda 35 faizlə irəlidədir. İkinci yerdə isə 22 faizlə Martin Şultsun blokudur. Populust çıxışlarla gündəmə gələn "Almaniya üçün alternativ" 11 faiz səslə rəy sorğusunda üçüncü yerdədir. 

Ekspertlər bu nəticələri iqtidar üçün olduqca ciddi çağırış hesab edirlər. 

Xəzər 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений