Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İqtisadçı nağdsız ödənişə keçidin yolunu göstərdi: "Pensiyaçılar özləri dava salacaq ki..."



"Dünyanın inkişaf etmiş ölkələri kağız pullardan imtina etməyə hazırlaşır, elektron ticarətə, online alış-verişə, hətta kriptopullara keçir, ticarətdə, iqtisadi münasibətlərdə nəğd pullardan istifadəni minimuma endirməyi düşünürlər. Nəğd vəsait həm vergidən yayınmada, həm də korrupsiya əməllərində əsas rol oynayır". 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. N.Cəfərli hesab edir ki, şəffaflığın artırılması üçün nağdsız ödənişlərin təbliği artırılmalıdır:

"Məsələn, Avstraliyada keçən il bütün ticarət dövriyyəsinin 94%-dən çoxu məhz qeyri-nəğd üsullarla olub. Avropa, ABŞ bu yolla gedir, hətta Avropa Mərkəzi Bankı 500-lük əsginazlardan imtina etməyi, zamanla dövriyyədən tam yığmağı düşünür.  

Bizdə isə əmək haqqı, təqaüd bank kartına oturan kimi bankomatların qarşısında növbələr yaranır, 1 saat növbədə dayanıb bankomatdan pulunu nəğdləşdirən təqaüdçü  sonra marketə gedir, həmin nəğd vəsaitlə alış-veriş edir. Bu hökumət 25 ildə normal sistem qura, insanları öyrədə bilməyib ki, həmin ərzağı nəğd yox, kartla ödəniş edərək alsın. Hökumət bu yöndə bir dənə də təşviqedici addım atmayıb, heç bir normal qərar verməyib, halbuki dəfələrlə yolunu da demişik: Kartla ödənişə verilən kassa çeki avtomatik olaraq lotoreya biletinə çevrilir, çekin nömrəsi ayda 1 dəfə uduşa çıxır, 1 avtomobil, 10 TV, 100 telefon, 1000 ütü, 10000 ədəd də 100 manatlıq uduş qoysan, həmin təqaüdçülər də marketdə özləri dava salıb ödənişi kartla almağa onları məcbur edərlər. Beləliklə də alış-veriş şəffaf olar, vergilər, daxilolmaları da artar. Amma görünür ki, hökumətin şəffaflıq kimi bir dərdi yoxdur,  istəmir ki, normal sistem qurulsun. Çünki ölkədə rüşvət, “kölgə iqtisadiyyatı” üçün şərait yaratmağa çalışan, bundan bəslənən oliqarxiq-məmur sistemi var".  

N.Cəfərlinin sözlərinə görə, 200 manatlıq əsginazın buraxılmasına bu kontekstdən baxmalıdır: "Devalvasiyanın olub-olmayacağı 200-lükdən asılı deyil, siyasi iradədən asılıdır, çünki ölkədə iqtisadi institutlar yoxdur, sırf dövlət-məmur iqtisadi modeli var ki, bu da əmrlə, “əl ilə” idarə olunur".

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений