Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İqtisadçı nazirə sual verdi: Xidmət haqqı niyə milyonlarla manat artırılır?



“Bu gün parlament komitələrində təşkil olunan büdcə müzakirələrində maliyyə naziri bildirib ki, gələn il elektrik enerjisi və suyun qiyməti artırılmayacaq. Onu da əlavə edib ki, qiymət artımından qaçmaq üçün “Azərsu” və “Azərişıq” dövlət büdcəsindən 55 milyon manat subsidiya alacaq”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, nazir bir məqamı deməyib: “2018-ci ildə elektrik təsərrüfatı büdcə təşkilatlarından 2017-ci ilin gözlənilən göstəricinə nisbətən 53.3% və ya 67.4 milyon manat çox xidmət haqqı alacaq. Əgər qiymət artmayacaqsa, belə çıxmırmı ki, büdcə təşkilatlarının elektrik istehlakı 1 ildə 50%-dən çox artacaq? Əks halda, xərclər niyə bu qədər artsın ki? Məlumat üçün deyim ki, 2018-ci ildə dövlət büdcəsindən elektirk enerjisinə 193.9 milyon manat ayrılması nəzərdə tutulub.

Bəs təbii qaz tarifləri necə, o da artmayacaq ki? Bu sualı təsadüfən vermirəm. Gələn il qaz təsərrüfatı dövlət büdcəsindən 2017-ci ilin rəqəmi ilə müqayisədə 2.1 dəfə və ya 19.9 milyon manat çox xidmət haqqı alacaq. Niyə bu qədər artım var - tariflər artacaq, yoxsa büdcə təşkilatları qaz istehlakını bir ildə iki dəfədən çox artacaq? Yoxsa, üçüncü variantdır? Yəni, sadəcə xidmət haqları adı altında ağır maliyyə durumunda olan dövlət şirkətlərinə büdcə dəstəyinin yeni formasıdır? Hər halda büdcə müzakirələrində nazirlərdən soruşulmalı sullardır...” 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений