Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib



Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illər yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi davam etdirilir. 
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası barədə məlumat verən Niyazı Səfərov Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan danışıb, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinın əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının, Balaxanı, Qaradağ, Mingəçevir sənaye parklarının və sənaye məhəllələrinin, həmçinin aqroparkların fəaliyyətinə dair təqdimatlar keçirilib.

Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, İslam İnkişaf Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri təmsil etdikləri qurumların əsas maliyyə alətləri, investisiya qoyuluşu imkanları və maliyyələşmə istiqamətləri barədə məlumat veriblər.

Tədbir sənaye parkları və sənaye məhəllələrinin rezidentləri ilə beynəlxalq maliyyə qurumlarının nümayəndələri arasında müzakirələrlə davam etdirilib.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений