Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrakli Çaçua: “Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı”



"Qadınlar arasında voleybol üzrə Avropa çempionatının Azərbaycanın və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilməsi dostluğumuzun nümunəsidir". Cebhe.info xəbər verir ki, bu sözləri Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua "AZƏRTAC"a açıqlamasında söyləyib.
 
GVF-nin rəhbəri qitə birinciliyinin final mərhələsinin B qrupunun oyunlarının Tiflisdə keçirilməsi barədə qərarın qəbulu prosesində Azərbaycanın dəstəyini hiss etdiklərini bildirib: "Bu, gürcü voleybolunun təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda, Azərbaycan voleybolunun inkişafının, dost ölkənin yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisidir.
Bilirsiniz ki, Gürcüstan yığmasında legioner yoxdur. Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı. Buna görə Azərbaycana minnətdarıq".

 
İrakli Çaçua qeyd edib ki, belə mötəbər yarışların birgə təşkili dostluğumuzun və qardaşlığımızın göstəricisidir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений