Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran gündəmi: Gərginlik artır, 29 üsyançı öldürülüb - VİDEO



Bir neçə gündür İranda davam edən hakimiyyət əleyhinə aksiyalarının miqyası böyüyür. Etirazçılarla təhlükəsizlik strukturlarının əməkdaşları və polis arasında qarşıdurmalar baş verir. Mitinqlər paytaxt Tehranla yanaşı, ölkənin digər 29 şəhərində keçirilir.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, keçən ilin dekabr ayının 29-dan başlayan aksiyalarda 29 nəfər polis zorakılığı nəticəsində həyatını itirib. İran KİV-ləri silahlı etirazçıların dövlət televiziyası, polis idarələri və hərbi bazaları ələ keçirmək istədiklərini iddia edir.

İranın dövlət televiziyası Tuyserkan şəhərində 6 nəfərin odlu silahla vurularaq öldürüldüyünü bildirib. 2 nəfər isə İzəh şəhərində həlak olub. Mənbə Dorud şəhərində 2 nəfərin təcili tibbi yardım maşının altında qalaraq öldüyünü bildirdiyi halda, 1 polis əməkdaşının da qarşıdurmada həlak olduğunu xəbər verib.

İsfahan şəhərində 5 nəfərin öldüyü xəbərinin yayıldığı vaxt, İran prezidenti Həsən Ruhani etirazçılar barədə sərt qərarların veriləcəyini açıqlayıb. Aksiyaların başlamasından bu günədək 400 nəfər həbs edilib.

İran hakimiyyəti vəziyyətin daha da gərinləşməməsi üçün ölkədə Teleqram və İnstaqram kimi sosial şəbəkələrin fəaliyyətlərini dayandırıb. “İran Fəhlələri” Agentliyi (ILNA) etirazçıların Takistan şəhərində bir dini məktəb və dövlət qurumlarının binalarını yandırdıqlarını bildirib. Ölkənin hər tərəfini bürüyən mitinqlərdə Rza şah Pəhləvi hökumətini müdafiə edən şüarlar səsləndirilir.

1979-cu ildə devrilən sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu Rza ölkəyə qayıdaraq hakimiyyəti təhvil almağa dəvət edilib. Şahın oğlundan da etirazçılara dəstək gəlib. 
 

 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений