Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib - YENİLƏNİB



İran-İraq sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtı ilə saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 70 km qərbdə, İraqın Məndəli şəhərindən 15 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

Bundan əvvəl yanvarın 13-ə keçən gecə eyni ərazidə 4,6 və 3,9 bal gücündə üç zəlzələ qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

***02:20***

İran-İraq sərhədində 4,6 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri İranın İlam şəhərindən 72 km qərbdə, İraqın Məndəli şəhərindən 11 km şərqdə, ocağı 48 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Ötən il, noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений