Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran şahının cəsədi tapıldı: İnqilabdan sonra hər kəs onu axtarırdı - FOTO



İran şah Rza Pəhləvinin əvvəl dəfn olunduğu yerdə mumiya tapılıb.

Cebhe.info xəbər verir ki, bu cəsədin şaha məxsus olduğuna dair iddialar var. Şahın dəfn yeri indiyə qədər bəlli deyildi. Cebhe.info xəbər verir ki, yeni tapıntı barədə  “Iran Front Page” məlumt yayıb.

Mumiya Rey şəhərində Şah Əbdüləzim kompleksinin yenidənqurması zamanı tapılıb. Rza Pəhləvi 1944-cü ildə oğlu Məhəmmədin xeyrinə taxt-tacdan imtina edib və Cənubi Afrikada sürgün həyatı yaşayıb. 1950-cı ildə  onun oğlu Məhəmməd Rza Pəhləvi Rey şəhərində Pəhləvilər üçün xatirə kompleksi tikdirib və atasını orda dəfn edib. Ancaq 1980-cı ildə islam inqilabından sonra kompleks dağıdılıb. Cəsəd isə tapılmayıb. Belə güman edilib ki, keçmiş şahın oğlu cəsədi çıxararaq başqa yerə aparıb. 

Ancaq Mədəni İrsin Qorunması Şurasının rəhbəri Həsən Xəlilabadı güman edir ki, tapılan mumiya şahın cəsədidir. Hazırda ekpertlər cəsəd üzərində ekspertiza aparır. Şahın nəvəzi, hazırda ABŞ-da yaşayan vəliəhd Rza Pəhləvi İrana “heç nəyi gizlətməməyi” tövsiyə edib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений