Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İrana qarşı böyük İTTİFAQ: Bölgə yenidən qarışır



“ABŞ, İsrail və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə İrana qarşı böyük bir siyasi-hərbi ittifaq qurub. İranın Livanda dəstəklədiyi "Hizbullah" və Yəməndə "Husi" hərbi-siyasi təşkilatlar vasitəsilə apardığı geosiyasi mübarizə Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ı çox ciddi narahat edir”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, hazırda Yaxın Şərqdə ABŞ, Səudiyyə Ərəbistanını prosesə qoşmaqla, regionda yeni siyasi-hərbi qarşıdurmanı dərinləşdirir:

“Qeyd edək ki, Livan baş naziri Səid- Əl Hərirnin Ər-Riyadda istefa qərarı Livanda, həmçinin Yaxın Şərqdə yeni siyasi böhranın başlanğıcını qoydu. Yeni hərbi ssenarinin Livanda "Hizbullah"a qarşı aparılması gözlənilir. Məhz Səudiyyə tərəfindən baş nazir Səid-Əl Həririnin istefaya məcbur edilməsi Livanda "Hizbullah"a qarşı başladılan planın bir hissəsidir. Səudiyyə Ərəbistanı Yəməndə İran dəstəkli "Husi" qiyamçılara qarşı hərbi əməliyyatlar aparır. Üç ildir ki, aparılan hərbi əməliyyatlarda heç bir müsbət irəliləyişə nail olunmur. Çünki İranın hərbi dəstəyi nəticəsində Husilərin dirənişi günü-gündən güclənir. Hətta Səudiyyənin içərilərinə kimi ballistik raketlər atırlar. Təbii ki, husilərin bu hərbi hücumları ABŞ və Səudiyyə tərəfindən İranın hədəf almasını daha da şərtləndirəcək. İranın Yaxın Şərqdə möhkəmələnsinə imkan verməmək  üçünABŞ rəsmi Ər-Riyadı güclü şəkildə silahlandırır. ABŞ Yaxın Şərqdə aparılan vəkalət müharibəsində İsrailə dəstək üçün İranın Yaxın Şərq siyasətini iflasa uğratmağı hədəf qoyub”. 

Politoloq qeyd edib ki, Tehran mümkün qədər öz mövcudluğunu qorumaq üçün öz təsir arealını genişləndirməyi strateji hədəf seçib:

“İsrail Suriya və Livanda güclənməkdə olan İranın təsirini yox etmək üçün ilk növbədə “Hizbullah”la haqq-hesab çəkəcək. Bunun nə qədər dağıdıcı olacağını isə proseslərin gedişində aydın görmək olar. Yaxın Şərq yenidən geniş çaxnaşmaya hazır vəziyyətdədir. Livan, Suriya və İraqda son illərdə İran kifayət qədər güclənib. İranın regionda geosiyasi maraqlarının qarşısı alınmayınca, çox ciddi qarşıdurmaların şahidi olacağıq. Bu ölkə öz hərbi dayaqlarını yaratmaqla böyük tarixi yanlışlığa yol verir. Baş verən proseslər göstərir ki, Yaxın Şərqdə sülh və sabitlik uzaq perspektivdə də mümkün görünmür”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений