Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İranda Avropa İttifaqının ofisi açılacaq



Avropa İttifaqının Tehranda ofisinin açılması məsələsi İran Xarici İşlər Nazirliyinin gündəmindədir.

Bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İran ilə Avropa ölkələrinin münasibətlərinin qədim tarixi var.

İranın birinci vitse-prezidenti deyib:

“İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra münasibətlərin inkişafında intensivlik müşahidə olunur. Tərəflər siyasi və iqtisadi əlaqələri davam etdirmək niyyətindədirlər. Avropa şirkətləri İrana sərmayə yatırmağa hazırdırlar. Münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün bunlar Avropa İttifaqının Tehranda ofisinin açılmasını zərurətə çevirib”.(AzərTAc)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений