Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda dollar və avroya QADAĞA: Sərraflar işsiz, tacirlər pulsuz qalacaq



İranda dollar və avroya daha bir qadağa gəlib.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, İran Mərkəzi Bankınn sədr müavini ölkəsində bank sistemindən kənarda dollar və avro tansferinin qadağan edildiyini bildirib.

Bank rəsmisi Seyid Əhməd Araqçının  açıqlamasına görə,  dollar və avro transferi ancaq banklar vasitəsilə aparılacaq.

Bu qadağanın ölkə iqtisadiyyatının inkişafı, sərmayə çıxışı və qaçaqmalçılıqla mübarizədə önəmli rol oynayacağını deyən Əhməd Araqçı 10 min avro su olan şəxslərə pullarının banka qoyulması məcburiyyətini xatırladıb. 

Mərkəzi Bankın bu qərarına səbəb ölkədə valyuta mübadiləsinin əsasən sərraflar vasitəsilə həyata keçirilməsinin qarşısını almaq olub. Belə ki, iqtisadi embarqo, sanksiyalar və bank əməliyyatlarının ləngliyi tacirləri sərrafların xidmətindən istifadəyə vadar edir. Ölkədə son günlər dolların məzənnəsindəki artım iqtisadi böhranı daha da dərinləşdirir. Azad bazarda dollar 6 min tümənə satıldığı halda banklarda bu rəqəm 4200 tüməndir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений