Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda etirazlarda ölü sayı 10-a çatıb: 200 nəfər həbsdədir



Hərbi bazanı ələ keçirmək istəyən iranlı etirazçılara hökumət qüvvələri tərəfindən hücum  edilib.

Cebhe.info xəbər verir ki, İran dövlət televiziyası bir sıra silahlı mülki vətəndaşların hərbi bazaları ələ keçirməyə çalışdığını və əsgərlərin etirazçıları darmadağın etdiyini açıqlayıb. Etirazlarda ölənlərin sayı 10-a yüksəlib. Urmiyada axşam küçəyə çıxan rejim əleyhdarları şüarlar səsləndirib. Sosial mediada əks olunan videodan da görünür ki, ruhani lider Ayətullah Xamneyinin portreti endirilib.

İsfahan yaxınlarında yaranan qarşıdurmada polis nümayişçilərə və bəzi avtomobillərə atəş açıb. Sosial mediada paylaşılan bir videoda nəzarətə alınan bir nümayişçi polislərə "Polis, get və oğruları yaxala" deyə qışqırıb. Hökumətə yaxın Fars xəbər agentliyi də daxil olmaqla bəzi xəbər mənbələri ölkədə saxlanılanların sayının 200-dən çox olduğunu bildirir. Tehranın qubernatorunun köməkçisi Əli Aşqar Nasirbaxt təxminən 40-a yaxın saxlanılanın etirazçıların lideri olduğunu bildirib. Fars xəbər agentliyi bazar günü etiraz aksiyasına qatılanların azaldığını və polisin toplanan qruplara təzyiqli su ilə müdaxilə etdiyini açıqlayıb.

İran prezidenti Həsən Ruhani açıqlamasında “İranlılar İran hökumətinə etiraz etməkdə sərbəstdilər” ifadələrinə yer verib: “Etirazlar İslam Cümhuriyyətindəki vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq bir şəkildə edilməlidir. Şiddət və ictimai yerlərə zərər vermək tənqid deyil. Amma tənqid və etirazların ölkənin və xalqın vəziyyətini yaxşılaşdırılması üçün cəhd göstərməliyik. Hökumət vandallıq edən və ətrafa zərər verən qruplara tolerantlıq göstərməyəcək”. 

ABŞ prezidenti Donald Trampınn açıqlamasına münasibət bildirən Ruhani “İranlılar haqqında terrorist deyən bir insanın iranlılar haqqında açıqlama vermək haqqı yoxdur",- deyib. İranda sosial media istifadəçiləri etiraz fotoşəkilləri və videoları paylaşaraq nümayişin davamı üçün çağırış edirlər. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений