Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda SEPAH-la terrorçular arasında atışma olub



Bu gün səhər İranda Mircavə sərhəd bölgəsində SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) ilə terror qruplaşması arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Pakistan ərazisindən bir qrup terrorçu  İran sərhədçilərinin postuna hücum edib, postu ələ keçirməyə cəhd göstərib.  Sərhədçilər qarşılıq verib, atışma baş verib, əlavə qüvvələrin yardımı ilə terrorçular geri çəkilmək məcburiyyətində qalıb.

Atışma nəticəsində terrorçulardan 3 nəfər məhv edilib, bir neçə nəfər yaralanıb və digərləri Pakistan ərazisinə qaçıb. 

SEPAH qüvvələrini daşıyan avtomobil minaya düşüb, nəticədə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Terrorçuların hücumu zamanı sərhəd polisindən də bir zabit  həlak olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений