Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda səsvermənin vaxtı uzadılıb



İranda prezident seçkiləri ilə bağlı səsvermənin müddəti yerli vaxtla axşam saat 20:00-dək uzadılıb. 

APA-nın Tehran müxbirinin xəbərinə görə, səbəb arzu edənlərin hamısının səsvermədə iştirakını və rahat səs verə bilməsini təmin etməkdir.

Bu gün Tehran şəhərinin bir çox seçki məntəqələrində uzun növbələr yaranıb. Hətta bülletenlər çatmayıb və insanlar səs vermək üçün gözləməli olub.

Daxili işlər naziri Rəhmani Fəzli bildirib ki, seçkilərin nəticələri elan olunduqdan sonra 3 gün müddətində namizədlər etiraz edə bilər. Etirazları Konstitusiyaya Nəzarət Şurası araşdıracaq. Nazir deyib ki, seçki prosesində  təhlükəsizlik baxımından heç bir problem yaranmayıb.

Qeyd edək ki, əhalinin aktivliyinin 70 faizdən çox olacağı gözlənilir. İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений