Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda Xomeyninin portretləri yandırıldı - Atışmada SEPAH-çı öldürüldü 



İranda ruhanilərin hakimiyyətinə qarşı altı gün əvvəldən başlanan kütləvi etirazlar ölkənin bütün iri və kiçik şəhərlərini bürüyüb. Cebhe.info-nun məlumatına görə, etirazçılar əsasən  “Xamneyiyə ölüm” və “İslam Respublikasını istəmirik” şüarlarını səsləndirir. Yanvarın 2-də Türkiyənin NTV telekanalı İran İslam İnqilabının lideri Ayətullah Xomeyninin portretlərinin  yandırıldığına dair görüntüləri yayımlayıb. 

Cebhe.info xəbər verir ki, etirazlar, yanvarın 1-də Tehranın Firdovsi meydanında və paytaxtın digər bir neçə məntəqəsində davam edib və aksiyaçılar “Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, "İstiqlal, azadlıq, İran Respublikası", “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, “Suriyanı burax, bizə gün ağla” və digər şüarlar səsləndirərək hakimiyyətə etirazlarını bildiriblər. Paytaxtın bir neçə məntəqəsində etirazçılardan bəziləri polis tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

İsfahan əyalətinin Qəhderican şəhərində isə hökumət qüvvələri “Xamneyiyə ölüm” şüarı səsləndirərək bir polis qərargahına od vuran gənc aksiyaçılara odlu silahdan atəş açıblar. Atəş nəticəsində bir neçə nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb. Həmçinin həmin əyalətin Nəcəfabad şəhərinin Kəhrizsəng məntəqəsində “Sepah” qüvvələri ilə bəzi aksiyaçılar arasında atışma olub. Atışmada bir neçə aksiyaçı həyatını itirib, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah)-ın hava-kosmik qüvvələrinin əməkdaşı Səccad Şahsənayi etirazçılardan birinin ov tüfəngi ilə açdığı atəş nəticəsində həlak olub, ən azı daha 3 “Sepah”çı da yaralanıb.

Xamneyi rejiminə qarşı etirazlar, Kirmanşah, Sənəndəc, Ərdəbil, Dehloran və daha bir neçə şəhərdə davam edib.

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений