Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrandakı etirazlarla  bağlı ilginc rəy: “Bu, hələ başlanğıcdır” - TANINMIŞ ASTROLOQ



Etiraz aksiyaları İranı ağuşuna alıb. Belə ki, dekabrın 28-dən İranın Məşhəd şəhərində hökumətə qarşı başlayan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb. Artıq 11 şəhəri əhatə edən aksiyalarda İranın dini lideri Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilir. Məlumatlara görə, artıq Təbriz şəhəri polis və mülki geyimli təhlükəsizlik güclərinin nəzarətinə götürülüb. 

Maraqlıdır, İranda baş verən kütləvi aksiyalar nə ilə yekunalaşacaq? 

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, İrandaki etirazlara xarici qüvvələrin müdaxilə etdiyi istisna deyil:

“Kimsə məqsədyönlü şəkildə İranda qalmaqal yaratmaq fikrinə gəlibsə, bu, çox uzun müddətli və mürəkkəb bir proses olacaq. Amma eyni zamanda əgər hakimiyyət üsyançılara sərt müdaxilə etsə, qanun çərçivəsində etirazları yatırtsa, əlbəttə, bunun davamı olmayacaq. Aydın məsələdir ki, hakimiyyət hər zaman qanun çərçivəsində hərəkət etməlidir. Amma burada əsas məsələ ondadır ki, hakimiyyət etirazçıların tələblərini öyrənməlidir? Niyə bunlar küçələrə çıxıb, üsyan edir, hakimiyyətə qarşı şüarlar səsləndirir? Hesab edirəm ki, bu cür yollardan istifadə etmək lazımdır. İlk növbədə üsyançılarla danışığa gedilməli və məqsədləri öyrənilməlidir. Sonra qanun çərçivəsində hərəkət etmək lazımdır. Hesab edirəm ki, mövcud hakimiyyət məhz bu yolla gedəcək. Əks halda əlbəttə ki, vəziyyət qeyri-stabil olacaq və nəzarətdən çıxacaq”. 

Tanınmış astroloq Səbuhi Rəhimli Cebhe.info-ya açıqlamasında bunun prosesin başlanğıcı olduğunu deyib:

“Bu, böyük işin ilk addımdır. Amma buna fasilə veriləcək. Lenin deyirdi ki, 1905-1907-ci illərdə baş verən hadisələr böyük inqilabın ilk məşqi idi. İranda baş verənləri də bu cür dəyərləndirmək olar”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений