Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranlı Mühacirlər Cəmiyyətində Ruhəngiz Musəvinin 65 yaşı qeyd olunub



Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində Azərbaycanın əməkdar artisti Ruhəngiz Musəvinin 65 yaşı qeyd olunub.

Cebhe.info xəbər verir ki, sözlü-nəğməli toplantını açan İMC-nin sədri Rəhim Hüseynzadə öncə bu tədbiri cəmiyyətin qadınlar təşkilatının son iki ildəki aktiv fəaliyyətini təsdiqləyən daha bir əyani nümunə kimi dəyərləndirib. O bildirib ki, yubleyi qeyd edilən Ruhəngiz xanımın təşkilatdakı təmsilçiliyi qurumun yaşına yaxındır.

Yəni yarım əsrdən çoxdur: “Belə sıx bağlılığın sirləri isə onun ilk növbədə “21 Azər” Hərəkatının iştirakçısı, fədai, siyasi işçi və qurucu insan Mİrməhəmmədəli Musəvinin ailəsində tərbiyə alması olub. Hələ Sumqayıtda 8-ci sinifdə oxuyarkən bəstəkar Oktay Kazıminin rəhbərlik etdiyi orketrdə rəqqas və solist kimi səhnəyə çıxan gənc istedadın unudulmaz sənətkarımız Rəşid Behbudovun Mahnı Teatrı ilə bitgə dünyanı dolanması, üç bədii, çoxsaylı sənədli filmə, kliplərə çəkilməsi onu ölkə hüdudlarından kənarda da tanıtdırıb”. 

İMC-nin sədr müavini, istefada olan polkovnik Firidun İbrahimi də yubilyarı cəmiyyət üzvləri adandan salamlayıb, ona uzun ömür, cansağlığı diləyib: “Sadalanan uğurlar Ruhəngiz xanımda heç vaxt lovğalıq, təkəbbür yaratmayıb. O, bizim “Məşəl” ansamblının üzvü kimi Bakıda, həm də mühacirlərinin yaşadıqları bütün şəhər və bölgələrdə mahnıları ilə insanlara nikbinlik bəxş edib. Buna görə də dəfələrlə cəmiyyətimiin diplomları ilə mükafatlandırılıb. Bu gün isə ona qiymətli hədiyyə və tər güllərin təqdim olunması nəzərdə tutulub”. 

Təqdimat prosesində qeyd olunub ki, bu tədbir İMC-nin Qadınlar Təşkilatının sədri Mominat Puhənin də ad gününə təsadüf edir. M. Puhən təbriklərin müqabilində bu ictimaətdə görüləcək işlər barədə məlumat verib.

“20 Yanvar” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, istefada olan mayor Nizami Rzaşüari Ruhəngiz xanımın cəbhə bölgələrindəki çıxışlarının döyüşçülərə nikbinlik bəxş etdiyini dilə gətirib.

Az.TV-nin əməkdaşı, “Tərəqi” medallı Həsən Cəbrayılov çıxışında vurğulayıb ki, bu yaxınlarda televiziyalarda cəmiyyətin “Məşəl” ansamblı barədə silsilə verilişlər nümayiş etdirildi: “Verilişi bəstəkar Eldar Mansurov və Ruhəngiz Musəvi aparırdı. Orada özümüzü də görürük. Fərəhli haldır ki, “Məşəl”  fəaliyyətini daha da canlandırmaqdadır. Sənət dostlarımızı yenidən bir arada görməkdən məmnunam”. 

“Məşəl”in üzvlərindən Tahirə Muradova, Niyazi Salmanov oxuduqları mahnılar, şairlərdən Validə Zöhrabova, Samirə Hidayət qızı isə şeirləri ilə yubilyara təbriklərini yetiriblər. 

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений