Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvan küçələri döyüş meydanına çevrildi - VİDEO - YENİLƏNİB



İrəvan polisi etiraz aksiyası keçirən müxalifət tərəfdarlarından şəhərin mərkəzi küçələrini boşaltmağı tələb edib. Lakin parlamentin bianısı mühasirəyə almağa çalışan aksiya iştirakçıları polisin çağırışına əməl etməyib.  

Cebhe.info-nun məlumatına görə, xüsusi təyinatlı polis qüvvələri zirehli texnikanın köməyi ilə dinc etirazçılara qarşı hücuma keçib. 

Eyni zamanda, şəhərin mərkəzi küçə və prospektlərinə tanklar yeridilib. Baş verən toqquşmalarda ilkin məlumatlara əsasən 46 nəfərin xəsarət aldığı  bildirilir. Onların arasında aksiyaların təşkilatçısı, “Yelk” (Çıxış) fraksiyasının və “Vətəndaş Dialoqu” Partiyasının rəhbəri Nikol Paşinyan da var. Hazırda Paşinyanın xəstəxanaya yerləşdirildiyinə dair informasiyalar var. Qarşıdurma zamanı üç nəfər polis əməkdaşı da xəsarət alaraq, xəstəxanaya aparılıb. 

Xatırladaq ki, aksiya iştirakçıları eks-prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edir. Ermənistan Milli Məclisinin bu gün keçiriləcək iclasında S.Sarkisyanın baş nazir postuna namizədliyi səsverməyə çıxarılacaq. Müxalifət isə parlamentin binasına daxil olmaqla bu prosesin qarşısını almağa çalışır. 

Müşfiq Abdulla 
Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений